Qubada 2 nəfər bıçaqlanıb

Qubada 2 nəfər bıçaqlanıb
# 03 may 2012 10:32 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Quba rayonunda bıçaqlama hadisəsi baş verib. APA-ın şimal bürosunun məlumatına görə, rayon sakinləri - 1976-cı il təvəllüdlü Həbibov Zaur Üzeyir oğlu və 1978-ci il təvəllüdlü Rəhimov Yalçın Fikrət oğlu müxtəlif xəsarətlərlə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildiriblər ki, bıçaqlanan şəxslər əməliyyat olunub, hazırda vəziyyətləri orta-ağırdır.

Quba rayon Polis Şöbəsi hadisənin törədən şəxsin və ya şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR