TürkPA nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək

TürkPA nümayəndə heyəti ATƏT PA-nın  qış sessiyasında iştirak edəcək
# 21 fevral 2012 11:48 (UTC +04:00)
Bakı – APA. TürkPA nümayəndə heyəti ATƏT PA-nın fevralın 22-25-də Vyanada keçiriləcək qış sessiyasında iştirak edəcək. TürkPA-dan APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Qazaxıstan Parlamentinin ATƏT PA-dakı heyətinin üzvü, Qazaxıstan Parlamenti Məclisinin beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik komitəsinin sədri Maulen Aşimbayev rəhbərlik edəcək.

Səfərdə TürkPA Katibliyindən TürkPA Baş Katibinin rəhbərliyi altında bir qrup nümayəndə də iştirak edəcək.

Səfər çərçivəsində TürkPA Baş Katibinin Qazaxıstan Parlamenti Senatının sədri Kayrat Mami və ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın Xarici İşlər naziri Eamon Gilmorenin xüsusi nümayəndəsi, İrlandiyanın ATƏT yanındakı daimi təmsilçisi, səfir Eoin O’Leary ilə ikitərəfli görüşləri nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR