Bu il Azərbaycanda 114 mindən artıq daşınmaz əmlak qeydiyyata alınıb
16 oktyabr 2012 13:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycnda 114 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. «APA-Economics»in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində ilk 9 ayda görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən iclasda bildirilib. Qeydiyyata alınan əmlakların 33 minə yaxını ilkin, 81 mindən çoxu isə təkrar qeydiyyata aid olub.
Bununla yanaşı, hesabat müddətində 25 min ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 84 min məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 21 minə yaxın digər müxtəlif məzmunlu arayışlar verilib, 107 min daşınmaz əmlaka texniki pasport tərtib edilib.
İclasda bildirilib ki, hesabat dövründə daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişaf etdirilməsi və qabaqcıl iş təcrübəsinin tətbiqi məqsədi ilə informasiya sistemləri və məlumat bazalarının mərkəzləşdirilməsi, korporativ şəbəkənin qurulması, ərazi qeydiyyat idarələrinin müasirləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, arxivlərin elektron formata keçirilməsi, müasir texnologiyaların, avadanlıq və geodezik cihazların alınması, işçilərin bilik və bacarıqlarının artırılması sahələrində tədbirlər davam etdirilib. Eləcə də, Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinə dair Azərbaycan ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD, Dünya Bankı Qrupu) arasında kredit sazişinin icrası ilə bağlı tədbirlər davam etdirilib.

İnfrastruktur
Azad olunmuş ərazilərin yenidən qurulması, bərpasına ayrılan vəsait 27% artırılacaq
22:43
24 may 2024
Azad olunmuş ərazilərə iyun ayı üçün avtobus biletləri satışa çıxarılır
17:13
24 may 2024
Ev almaq istəyənlərinə nəzərinə - cəmi 15.655 manat ilkin ödənişlə 3 otaq studiya mənzillər
15:02
24 may 2024
AZAL: Gələn aydan əcnəbilər Gürcüstana yalnız səyahət sığortası ilə giriş edə biləcək
13:13
24 may 2024