Misirdə hərbçilər mayın 24-də hakimiyyəti yeni prezidentə verməyə hazırdırlar

Misirdə hərbçilər mayın 24-də hakimiyyəti yeni prezidentə verməyə hazırdırlar
# 02 may 2012 21:56 (UTC +04:00)
Bakı-APA. Misir hərbçiləri mayın 24-də prezident seçkilərinin ilk turundan sonra ölkədəki hakimiyyəti yeni seçiləcək prezidentə verə bilərlər. Bu barədə Misirin hakimiyyətdəki Silahlı qüvvələrin ali şurasının rəhbərinin müavini Sami Annan bəyan edib.

Onun sözlərinə görə, belə bir addım artıq ilk turda prezident seçiləcəyi halda mümkün ola bilər.

Misirdə prezident seçkilərinin ilk turu mayın 23-24-də keçiriləcək. Prezidentliyə 13 namizəd qeydiyyatdan keçib. İkinci tur əgər lazım gələrsə iyunun 16-17-də keçiriləcək.

Hərbçilər Misirdə hakimiyyətə 2011-ci il fevralın 11-də prezident Hüsni Mübarək istefa verdikdən sonra gəliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR