Quba-Xınalıq yolunda qar uçqunu baş verib

Quba-Xınalıq yolunda qar uçqunu baş verib
# 21 fevral 2012 09:30 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Quba-Xınalıq yolunda qar uçqunu baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, uçqun bu gün saat 10.00 radələrində, yolun 34-36-cı kilometrliyində qeydə alınıb. Yolun bağlandığı bildirilir. Əraziyə yol-istismar sahəsinin texnikası və canlıq qüvvəsi cəlb olunub. Yolda hərəkətin bərpası istiqamətində tədbirlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR