Azərbaycan fırtınalı hava şəraiti ilə əlaqədar Rusiyanın bir neçə gəmisinə öz sahillərində sığınacaq verib

Azərbaycan fırtınalı hava şəraiti ilə əlaqədar Rusiyanın bir neçə gəmisinə öz sahillərində sığınacaq verib
# 08 fevral 2012 12:56 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) dəniz təhlükəsizliyi şöbəsinin müdiri Vamik Rəhimov məlumat verib.

Hazırda həmin gəmilərin Cilov adası və Türkan məntəqəsi yaxınlığında lövbər saldıqlarını dayandıqlarını deyən V. Rəhimovun sözlərinə görə, fırtınalı hava şəraiti ilə bağlı xəbərdarlıq qalxana kimi gəmilər sığınacaqda qalacaq.

ARDDA nümayəndəsi onu da əlavə edib ki, Azərbaycanın Uzaq Məsafədən tanıma və İzləmə Milli Mərkəzi naviqasiya təhlükəsizliyi və hava proqnozları barədə gündə iki dəfə Xəzərdəki bütün gəmilərə məlumatları ötürərək onları mövcud vəziyyətlə bağlı məlumatlandırır: «Dənizdə çətin üzmə şəraitinin yaranmasına baxmayaraq, indiyədək sərt havalarla bağlı hər hansı problem baş verməyib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR