Heydər Əliyev Fondu ilə Vatikan arasında razılaşma imzalanıb

Heydər Əliyev Fondu ilə Vatikan arasında razılaşma imzalanıb
# 22 iyun 2012 22:05 (UTC +04:00)
Bakı-APA. Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair Saziş” imzalanıb. APA-nın məlumatyına görə, sənədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can Franko Ravazi imzalayıblar.

İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə kardinal Can Franko Ravazi Mehriban Əliyevaya Romaya bu səfərinə və görüşə görə təşəkkürünü bildirib. Görüşün səbirsizliklə gözlənildiyini deyən kardinal onun xüsusi əhəmiyyətini qeyd edib. Kardinal Ravazi, bu gün imzalanacaq sənədin dinlər və mədəniyyətlər arasında dialoqun parlaq nümunəsi olduğunu və İtaliya mətbuatında geniş əks-səda doğuracağını vurğulayıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva görüşdən məmnunluq duyduğunu deyərək, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin əhəmiyyətini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirib ki, 20 ili tamam olan diplomatik əlaqələrimiz gündən-günə genişlənir və Azərbaycan bu əməkdaşlığın inkişafında daim maraqlıdır.

Sonra imzalanma mərasimi olub. Mərasimdə M. Əliyeva çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR