Bu gün Misirdə prezident seçkilərinin nəticələri elan oluna bilər

Bu gün Misirdə prezident seçkilərinin nəticələri elan oluna bilər
# 23 iyun 2012 03:49 (UTC +04:00)
Bakı-APA. Misirin prezident seçkiləri üzrə Ali komissiyası namizədlərin verdikləri şikayət ərizələrinə tam olaraq baxıb və səsvermənin nəticələri artıq bu gün elan oluna bilər. APA-nın məlumatına görə, bu barədə Misirin «Əl-Əhram» qəzeti xəbər verib.

Misirdə prezident seçkiləri iyunun 17-də başa çatsa da, nəticələri bu günədək elan olunmayıb. Hər iki namizəd – Məhəmməd Mürsi və Əhməd Şəfiq artıq özlərini qalib elan ediblər.

Namizədlərin qərargahları Ali seçki komissiyasına səsvermə zamanı qanun pozuntuları barədə 440 şikayət ərizəsi təqdim ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR