Abşeron Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib - FOTO

Abşeron Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 06 iyun 2012 11:40 (UTC +04:00)
Bakı – APA. Bu gün Abşeron Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.

Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, mərasimdə çıxış edən A. Rəhimov bildirib ki, “İdman ili”ndə növbəti Olimpiya İdman Kompleksinin təməlqoyma mərasiminin keçirilməsi möhtəşəm hadisədir: “Kompleks sözün əsl mənasında idmansevərlərin ürəyincə olub, onların xidmətində olacaq. Əminik ki, bu kompleksdə məşq edəcək idmançılar, gələcəkdə qələbələri ilə xalqımızı sevindirib, olimpiya, dünya, Avropa çempionu adını qazanacaqlar”.

Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksi Azərbaycan prezidentinin sərəncamı əsasında, GİN-in sifarişi ilə inşa ediləcək.

Tikintisi işlərinin 2014-cü ilin I yarısı başa çatdırılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR