“Mitsubishi Motors” Niderlanddakı zavodunu 1 avroya satır

“Mitsubishi Motors” Niderlanddakı zavodunu 1 avroya satır
# 11 iyul 2012 12:23 (UTC +04:00)
Bakı – APA-Economics. Yaponiyanın “Mitsubishi Motors” korporasiyası özünün Niderlanddakı zavodunu 1 avroya satmaq qərarına gəlib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, zavodu avtobus istehsalı ilə məşğul olan yerli VDL şirkəti alacaq.

VDL sövdələşmənin şərtlərinə uyğun olaraq müəssisənin 1500 nəfərdən ibarət ştat vahidini saxlamağa söz verib.

Qeyd edək ki, 1991-ci ildə yaradılan zavodun fəaliyyəti bu ilin fevral ayında dayandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR