İspaniyadan xalis kapital axını 97 mlrd. avroya çatıb

İspaniyadan xalis kapital axını 97 mlrd. avroya çatıb
# 01 iyun 2012 11:42 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin ilk üç ayında İspaniyadan xalis kapital axını 97 mlrd. avro təşkil edib ki, bu da ölkə üzrə ÜDM-in 10%-nə bərabərdir. “APA-Economics”in “Financial Times”a istinadən xəbərinə görə, bu barədə ölkənin Mərkəzi Bankı açıqlama yayıb.

Kapital axınının artmasına səbəb rəsmi Madridin iqtisadi-maliyyə böhranından çıxa biləcəyinə investorların inanmaması ilə bağlıdır.

Ekspertlər isə açıqlanan rəqəmin reallığı əks etdirmədiyini, vəziyyətin daha acınacaqlı olduğunu bildirirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR