İctimai Palata 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir neçə nəfərin karsa salındığını deyir, Penitensiar Xidmət isə təkzib edir

İctimai Palata 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir neçə nəfərin karsa salındığını deyir, Penitensiar Xidmət isə təkzib edir
# 18 may 2012 14:08 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. İctimai Palata (İP) bu qurumun həbsdə saxlanılan bir neçə üzvünün cərimə təcridxanasına (karser) salınması barədə məlumat yayıb. İP-dən APA-ya daxil olan xəbərdə bildirilib ki, 14 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirən Tural Abbaslı, Əhəd Məmmədli, Sahib Kərimli, Məhəmməd Məcidli, Vidadi İsgəndərli, Babək Həsənov və Şahin Həsənlinin karserə salındığı təsdiqlənib: “Həbsxanadan Tural Abbaslının ailə üzvlərinə daxil olan məlumatda bildirilib ki, vicdan məhbusları ayrı-ayrı karslarda saxlanılır. Məlumatda bildirilib ki, Sahib Kərimli, Vidadi İsgəndərli və Şahin Həsənlinin səhhətində problemlər olduğundan onların durumları ağırlaşıb. Bu şəxslər karsda həkim nəzarətində qalmağın mümkün olmadığını deyiblər. Onlar Ombudsman Elmira Süleymanovanı, ATƏT, Avropa Şurası və Avropa Birliyinin nümayəndələrini cəzaçəkmə müəssisəsinə dəvət ediblər”.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov isə APA-ya açıqlamasında həbsdə olan İP üzvlərinin karsa salınması xəbərini təkzib edib. O bildirib ki, qanunvericiliyə əsasən aclıq aksiyası keçirən məhbuslar digər məhbuslardan təcrid olunublar: “Aclıq aksiyası keçirən məhbuslar daim həkim nəzarəti altındadır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR