Milli Məclisin üzvü Fransaya gedəcək

Milli Məclisin üzvü Fransaya gedəcək
# 07 sentyabr 2012 09:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev sentyabrın 10-dan 16-dək Fransada səfərdə olacaq. Bu barədə APA-ya MM-in mətbuat xidmətindən bildirilib.

R. Rzayev əvvəlcə Strasburqda Avronest PA-nın prosedur qaydaları üzrə işçi qrupunun toplantısında iştirak edəcək, sonra isə Parisdə keçiriləcək AŞPA-nın Miqrasiya, qaçqınlar və əhali üzrə komitəsinin iclasına qatılacaq. Komitənin iclasında cari məsələlərlə yanaşı, Gürcüstan və Rusiya arasındakı münaqişədə zərər çəkmiş insanların vəziyyəti, miqrant fəhlələrin məcburi əməyə cəlb olunması və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR