Azərbaycan Milli Depozit Mərkəzində saxlanılan aktivlərin həcmi 10% artıb

Azərbaycan Milli Depozit Mərkəzində saxlanılan aktivlərin həcmi 10% artıb
# 19 sentyabr 2012 08:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycan Milli Depozit Mərkəzində (MDM) saxlanılan aktivlərin dəyəri 7,1 mlrd. manata çatıb.

MDM-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 27 yeni emitentlə depozitar və reyestrin aparılması xidmətlərinin göstərilməsi barədə müqavilələr bağlanıb və saxlanmaya əlavə 671 mln. manat cəlb etməklə, ümumi aktivlərin dəyəri 7,1 mlrd manata qədər artırılıb. Göründüyü kimi, MDM-də saxlanılan aktivlərin dəyəri 10,4% artıb.

MDM-dən həmçinin bildirilib ki, hesabat dövrü ərzində MDM-in Mərkəzi Depozitara çevrilməsi hədəfi çərçivəsində Post ticarət sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planı hazırlanıb, bu planın icrası məqsədilə işçi qrupu yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR