Azərbaycan dövlət büdcəsinin profisiti son bir ildə 25% artıb

Azərbaycan dövlət büdcəsinin profisiti son bir ildə 25% artıb
# 13 iyun 2012 14:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə 5,4 mlrd. manat vəsait daxil olub, büdcənin xərcləri isə 3,9 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəticədə ÜDM-in 9%-i qədər və ya 1,5 mlrd. manat məbləğində profisit yaranıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 35%, xərcləri 39,3%, profisit isə 25% artıb.

«Büdcə xərclərinin 1,568 mlrd. manatı (40,3%-i) iqtisadiyyatın inkişafına, 614,9 mln. manatı (15,8%-i) sosial müdafiə və sosial təminata, 468,3 mln. manatı (12%-i) isə təhsilə və səhiyyəyə yönəldilib», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozuna əsasən, 2012-ci ilin dövlət büdcəsinin gəlirləri 17,038 mlrd. manat, xərcləri isə 17,672 mlrd. manat təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR