Barak Obamanın illik gəlir deklarasiyası açıqlanıb

Barak Obamanın illik gəlir deklarasiyası açıqlanıb
# 16 may 2012 09:36 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-da “Hökumət üzvləri tərəfindən etik normalara riayət olunması haqqında” qanuna uyğun olaraq 2011-ci il üçün prezidentin gəlir deklarasiyası açıqlanıb.

APA-Economics”in xəbərinə görə, ABŞ prezidenti Barak Obama ailəsinin varidatını 8,5 mln. dollar həcmində dəyərləndirib.

Barak Obamanın illik maaşı 400 min dollar təşkil edir. O, ötənilki gəlirinin əsas hissəsini prezident olmamışdan əvvəl yazdığı kitablar hesabına əldə edib. Bu kitablar B.Obamaya 250 min dollardan 2 mln. dollara qədər gəlir gətirib. Prezidentin Çikaqodakı evi isə 500 min-1 mln. dollar arasında qiymətləndirilib.

Maraqlıdır ki, 2010-cu ildə Obamalar ailəsinin sərvəti 12 mln. dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR