“France Telecom”un sabiq baş direktoru şirkətin 35 əməkdaşını intihar həddinə çatdırmaqda ittiham olunur

“France Telecom”un sabiq baş direktoru şirkətin 35 əməkdaşını intihar həddinə çatdırmaqda ittiham olunur
# 05 iyul 2012 09:15 (UTC +04:00)
Bakı – APA-Economics. “France Telecom”un sabiq baş direktoru Didye Lombar şirkətin 35 əməkdaşını intihar həddinə çatdırmaqda ittiham olunur.

APA-Economics”in Fransa KİV-nə istinadən xəbərinə görə, intihar edənlər ölümqabağı yazdıqları məktublarda “dözülməz iş şəraiti” səbəbindən bu addımı atdıqlarını bildiriblər.

Ehtimal olunur ki, işçilərə psixoloji təzyiqdə suçlanan D.Lombarın struktur islahatları onları intihar həddinə çatdırıb. Sabiq baş direktor isə ittihamları rədd edir: “Mənim restrukturizasiya ilə bağlı heç bir planım əməkdaşlara qarşı yönəlməyib. Əksinə, şirkətdəki iş yerlərini qoruyub saxlamağa xidmət edib”.

Qeyd edək ki, D.Lombar “France Telecom” şirkətinə 2005-2010-cu illərdə rəhbərlik edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR