AŞPA-nın İnsan hüquqları və hüquqi məsələləri üzrə komitəsi Kristofer Ştrasserin hazırladığı hesabatı qəbul edib

AŞPA-nın İnsan hüquqları və hüquqi məsələləri üzrə komitəsi Kristofer Ştrasserin hazırladığı hesabatı qəbul edib
# 26 iyun 2012 11:04 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, iclasda alman parlamentar Kristofer Ştrasserin siyasi məhbuslarla bağlı hazırladığı hesabat üzrə qətnamə layihəsi qəbul olunub və sənədin AŞPA-nın növbəti plenar iclasına çıxarılacağı gözlənilir. Bu haqda jurnalistlərə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

Səməd Seyidov iştirakçılardan 26 nəfərin sözü gedən qətnamənin lehinə, 22 nəfərin əleyhinə səs verdiyini deyib. Onun sözlərinə görə, bu sənəd yalnız Azərbaycanla bağlı deyil, ümumilikdə siyasi məhbus anlayışına aiddir. Azərbaycan millət vəkilləri bu qətnamənin əleyhinə səs veriblər.

Qeyd edək ki, Kristofer Ştrasser bu hesabatı bəzi QHT-lərin təqdim etdiyi siyahı üzrə və Azərbaycana səfər etmədən hazırlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR