“Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası arasında Anlaşma Memorandumu”nun təsdiq edilib

“Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası arasında Anlaşma Memorandumu”nun təsdiq edilib
# 14 mart 2012 16:35 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev 2012-ci il fevralın 15-də Şamaxı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən, qeyd olunan Anlaşma Memorandumu təsdiqlənib. Fərmanda Vergilər Nazirliyinə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirildiyi barədə Beynəlxalq Antikorrupsiya Akademiyasını xəbərdar etmək tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR