MDB Hökumət Başçıları Şurasının növbəti iclası Yaltada keçiriləcək
31 may 2012 09:38 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. MDB ölkələri Hökumət Başçıları Şurasının növbəti iclası bu ilin sentyabr ayında Yaltada keçiriləcək.
“APA-Economics”in www.turkmenistan.ru saytına istinadən xəbərinə görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Şuranın mayın 30-da Aşqabadda keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, Ukraynanın təklifi ilə MDB ölkələri Hökumət Başçıları Şurasının növbəti iclasının bu ilin sentyabr ayında Yaltada keçirilməsi qərara alınıb: “Dəqiq tarix diplomatik kanallarla razılaşdırılacaq”.
S.Lebedev qeyd edib ki, MDB ölkələrinin hökumət başçıları Özbəkistanın “Azad ticarət zonası haqqında” 18 oktyabr 2011-ci il tarixli sazişə qoşulması ilə bağlı danışıqları davam etdirməyi və növbəti iclasa qədər yekunlaşdırmağı da qərara alıblar.

MDB
Putin Şimali Koreyaya səfər edəcək
23:21
18 may 2024
Moskvada “Bolşoy Teatr”dan 1500 nəfər təxliyə edilib - VİDEO
21:58
18 may 2024
Lavrov: “Ukrayna ilə bağlı konfransın təşkilatçıları cəfəngiyyatla məşğuldurlar”
21:21
18 may 2024
Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub
18:17
18 may 2024