Çilidə 5,5 bal gücündə zəlzələ baş verib

Çilidə 5,5 bal gücündə zəlzələ baş verib
# 12 oktyabr 2012 03:55 (UTC +04:00)
Bakı-APA. Çilinin paytaxtı Santyaqoda 5,5 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Araşdırmalar İnstitutu zəlzələnin mərkəzinin Los Andes şəhərindən 18 km məsafədə olduğunu açıqlayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilməyib.

İlkin məlumatlara görə, dağıntı və tələfat yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR