Liderlik Məktəbi yetirmələrinin on birinci buraxılışı olub
16 oktyabr 2012 12:52 (UTC +04:00)
Bakı-APA. Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış və Ombudsmanın Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbində 18 oktyabr - Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilib. Ombudsman APA-ratının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Liderlik Məktəbi yetirmələrinin on birinci buraxılış mərasimi də baş tutub.
Qeyd olunub ki, bu məktəb uşaqların öz iştirakı ilə onların həyatında dönüş yaratmaq, ahəngdar inkişafına, dünyagörüşünün zənginləşməsinə, Uşaq Hüquqları Konvensiyasının müddəalarına uyğun olaraq öz hüquqlarını öyrənməsinə və trenerlər kimi bu hüquqları öz yaşıdlarına öyrətməsinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət edir.
Bakının müxtəlif rayonlarındakı ümumtəhsil məktəblərinin şagirdlərinin təmsil olunduğu Liderlik məktəbini minədək məzunun bitirdiyi, “Azərbaycan – yurdum mənim!” devizi ilə uşaqlara ölkəmizin zəngin tarixi, coğrafiyası, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı, turizmi və başqa sahələr üzrə, habelə insan hüquqları, o cümlədən uşaq hüquqlarının öyrədildiyi qeyd olunub. Burada Azərbaycanın tanınmış ziyalılarının mühazirələr oxuduğu, interaktiv məşğələlərin uşaqların daha çox biliklər əldə etməsinə, vətənpərvərlik ruhunda yetişməsinə kömək etdiyi bildirilib.
Görüşün sonunda Müvəkkil Liderlik Məktəbində tədris ilini uğurla başa vurmuş uşaqlara sertifikatlar təqdim edib, yeni dərs ilinə başlayan uşaqları təbrik edərək onlara uğurlar arzulayıb.

Sosial
Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
18:30
8 may 2024
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib
17:29
8 may 2024
FHN tərəfindən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
16:40
8 may 2024
Zaqatalada baş verən zəhərlənmənin səbəbi məlum olub
16:33
8 may 2024