Azərbaycan neft hasilatını azaldıb, qaz hasilatını isə artırıb

Azərbaycan neft hasilatını azaldıb, qaz hasilatını isə artırıb
# 17 fevral 2012 08:49 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ölkədə 3,9 mln. ton neft və 1,6 mlrd. kubmetr qaz hasil edilib.

Ötən ilin yanvar ayı ilə müqayisədə neft hasilatı 4,5% azalıb, qaz hasilatı isə 32,9% artıb.

Qeyd edək ki, növbəti 4 ildə Azərbaycan neft hasilatını tədricən artırmaq niyyətindədir. Belə ki, 2012-ci ildə ölkədə 45 977,1 min ton, 2013-cü ildə 45 896,6 min ton, 2014-cü ildə 49 562,9 min ton, 2015-ci ildə isə 50 956,6 min ton neft hasil olunacağı gözlənilir. Göründüyü kimi, Azərbaycan artıq 4 ildən sonra neft hasilatı üzrə 2010-cu ilin səviyyəsinə çıxacaq.

Qazın hasilatı üzrə proqnozuna gəldikdə isə, 2012-ci ildə ölkədə qaz hasilatının həcmi 28,280 mlrd. kubmetrə, 2013-cü ildə 29,220 mlrd. kubmetrə, 2014-cü ildə 29,540 mlrd. kubmetrə çatacaq, 2015-ci ildə isə 2014-cü ilə nisbətən 0,8% azalaraq 29,310 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR