Azərbaycan prezidenti Lerikdə 73 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb

Azərbaycan prezidenti Lerikdə 73 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb
# 03 aprel 2012 15:38 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 73 yaşayış məntəqəsini birləşdirən Lerik-Qoşmalian-Kəlvəz avtomobil yolunun tikintisi məqsədilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lerik Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR