Azərbaycan Dövlət Neft Şirkəti və «Petrovyetnam» arasında «Muradxanlı-Cəfərli-Zərdab» neft yataqları bloku üzrə müqavilə imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti və «Petrovyetnam» arasında «Muradxanlı-Cəfərli-Zərdab» neft yataqları bloku üzrə müqavilə imzalanıb
# 18 may 2012 10:55 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, ARDNŞ və Vyetnamın «Vietnam Oil and Gas Group» («Petrovyetnam») şirkəti arasında müqaviləni Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə və «Petrovyetnam» şirkətinin vitse-prezidenti Nquyen Vu Truonq Son imzalayıblar.

İmzalanma mərasimində bildirilib ki, tezliklə «Muradxanlı», «Cəfərli» və «Zərdab» neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında sazişin imzalanmasına nail olunacağı gözlənilir.

Qeyd edək ki, «Muradxanlı-Cəfərli-Zərdab» bloku Yevlax-Ağcabədi neftli-qazlı rayonunda, İmişli rayonun inzibatı ərazisində yerləşir. Saziş sahəsinə daxil olan «Muradxanlı» yatağı 1971-ci ildə, «Cəfərli» yatağı 1984-cü ildə, «Zərdab» yatağı isə 1981-ci ildə kəşf edilib. Bu yataqlarda cəmi 183 quyu qazılıb və işlənmənin əvvəlindən 3,4 mln. ton neft və 100 mln. kubmetr qaz hasil edilib. Blokun çıxarıla bilən qalıq neft ehtiyatları 1,8 mln. ton, qalıq qaz ehtiyatları 36 mln. kubmetr həcmində qiymətləndirilir. Ötən il yataqlardan 26 min ton neft çıxarılıb. Hazırda blok üzrə istismar fondunda 77 quyu var ki, bunların 64-ü işlək quyu fondundadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR