Azərbaycan bu il dəmir yollarının inkişafına təxminən 50 mln. dollar xərcləyib

Azərbaycan bu il dəmir yollarının inkişafına təxminən 50 mln. dollar xərcləyib
# 24 avqust 2012 11:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanda dəmir yollarının inkişafına 38 mln. manat (təxminən 48,5 mln. ABŞ dolları) investisiya yönəldilib.

Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 53,7 km yol əsaslı təmir edilib, 7 ədəd elektrik və 4 ədəd dizel lokomotivləri, 408 ədəd sərnişin vaqonu, 8 634 ədəd müxtəlif çeşidli yük vaqonu təmirdən keçib, 25 ədəd yol təmiri maşınları və texnikası alınaraq istismara verilib.

Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində dəmir yolu nəqliyyatı ilə yük daşınması 2011-ci ilin analoji dövrünə nisbətən 6,9% artaraq 13,2 mln. ton olub. Sərnişin daşınmasına gəldikdə isə, cari ilin ilk yeddi ayı ərzində dəmir yolu nəqliyyatı ilə 1 627,5 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR