Xaçmazda avtomobil aşıb, xəsarət alan var - FOTO
10 avqust 2012 07:12 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunun Tel kəndində, Nabran-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə avqustun 9-u, gecə saatlarında qeydə alınıb. Yalama kəndi istiqamətində hərəkət edən, Tel kənd sakini, 22 yaşlı Ayaz Balabəyovun idarə etdiyi 47 BA 002 dövlət nömrə nişanlı, “VAZ 21 06” markalı avtomobil idarəetməni itirərək aşıb. Nəticədə sürücü xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Tibbi yardımdan sonra o, ambulator qaydada müalicəyə buraxılıb.
Qəza zamanı Ayaz Balabəyov avtomobildə tək olub. Nəqliyyat vasitəsi də tamamilə yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Qəza zamanı Ayaz Balabəyov avtomobildə tək olub. Nəqliyyat vasitəsi də tamamilə yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Hadisə
FHN: Bəzi açıq sahələrdə Kür məcradan çıxıb, yaşayış məntəqələrinə təhlükə qeydə alınmayıb
16:19
26 may 2024
Qazaxda güclü yağışlardan sonra çay daşıb, torpaq sahələri və kafelər suyun altında qalıb - FOTO - YENİLƏNİB
12:50
26 may 2024
Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib
11:43
26 may 2024
Bakıda binada yanğın olub, 6 nəfər təxliyə edilib
10:12
26 may 2024