BQP Siyasi Qurulunun iclası keçirilib

BQP Siyasi Qurulunun iclası keçirilib
# 29 oktyabr 2012 10:50 (UTC +04:00)
Bakı – APA. Böyük Quruluş Partiyasının (BQP) mərkəzi qərargahında partiya başqanı Fazil Mustafanın sədrliyi ilə Siyasi Qurulun növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, rayon və şəhər təşkilatlarında keçirilən və keçirilməsi nəzərdə tutulan toplantılar, eləcə də ölkədə və regionda baş verən hadisələr müzakirə edilib. İclas iştirakçıları partiya başqanının partiyadaxili məsələlər, ölkədəki ictimai-siyasi durum və regional-beynəlxalq hadisələrə həsr olunan təhlil səciyyəli məruzəsini dinləyib.

Ali Məclisin sədri Ə.Əliyev ötən iclasdan bu yana partiya üzvlüyünə qəbul olunmaq üçün edilən müraciətlər, rayon və şəhər təşkilatlarında keçirilən yığıncaqlar, keçirilməsi nəzərdə tutulan tədbirlər və yerli təşkilatlar tərəfindən təqdim edilən III rübə aid yazılı arayışlar haqqında məlumat verib.

İclasda Ermənistanın Dağlıq Qarabağda hərbi təlimlər keçirməsi kəskin pislənilib: “Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən işğalçı dövlətin başçısının beynəlxalq qanunları tapdalayaraq, Azərbaycan torpaqlarında hərbi təlimlər keçirməsi faktına xüsusi diqqət yetirmələrini və buna müvafiq qiymət vermələrini tələb etməlidir”.

Siyasi Qurul rayon və şəhər təşkilatlarından daxil olan müraciətlər əsasında noyabr ayının birinci ongünlüyündə keçirilməsi nəzərdə tutulan Böyük Quruluş Partiyası Ali Məclisinin növbəti iclasının bir ay sonraya keçirilməsi haqqında qərar qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR