Səfir: “Xocalı soyqırımının tanınması məsələsi Moldova parlamentində gündəmə gətirilə bilər”

Səfir: “Xocalı soyqırımının tanınması məsələsi Moldova parlamentində gündəmə gətirilə bilər”
# 24 fevral 2012 07:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Xocalı soyqırımının tanınması məsələsi Moldova parlamentində gündəmə gətirilə bilər”. APA-nın xəbərinə görə, bunu Moldovanın Azərbaycandakı səfiri İqor Bodyu jurnalistlərə açıqlamasında deyib. Səfir bu prosesə yaxın vaxtlarda başlana biləcəyini bildirib. Onun sözlərinə görə, bununla əlaqədar Azərbaycanın Moldovadakı səfirliyi müvafiq işlər görməkdədir: “Xocalı faciəsi bəşəriyyətə qarşı törədilən cinayət hadisəsidir. Moldova xalqı da bu genosidə oxşar faciə yaşayıb. Biz bu faciəyə görə Azərbaycan xalqına başsağlığı veririk”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR