Ucarda 2 oğru yaxalanıb

Ucarda 2 oğru yaxalanıb
# 09 may 2012 20:31 (UTC +04:00)
Ucar-APA. Ucar rayonunda evlərdən oğurluq edən 2 nəfər tutulub. Ucar rayon polis şöbəsindən verilən məlumata görə, rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarabörk kənd sakinləri 1994-cü il təvəllüdlü Ələkbərov İlqar Vüqar oğlu həmyaşıdı Həsənov Sərxan İbrahim oğlu ilə birlikdə evlərdən oğurluq etdiklərinə görə tutulub. Məlumata görə 2 yaxın qonşu olan oğrular ilk oğurluğa getdikləri evdən 205 manat, 2-ci evdən isə qızıl-zinət əşyaları və 50 manat pul oğurlayıblar.
Faktla bağlı Ucar rayon polis şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR