Azərbaycan emal sahəsində istehsalın həcmini artırıb

Azərbaycan emal sahəsində istehsalın həcmini artırıb
# 19 may 2012 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan sənayesinin emal bölməsində fəaliyyət göstərən müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 1 988,6 mln. manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə istehsalın həcmi 15,5% artmaqla daha çox hissəsi qida məhsullarının istehsalının payına düşüb.

“Əksər qida məhsullarının istehsalında artım müşahidə olunub, onlardan kolbasa məmulatlarının istehsalı 1,6% artaraq 994,3 ton, duru bitki yağlarının istehsalı 19,8% artaraq 18,3 min ton, marqarin 62,6% artaraq 9,7 min ton, kərə yağı 0,9% artaraq 7,2 min ton təşkil edib”, - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR