Bir qrup gənc kinematoqrafçı Şəfiqə Məmmədovaya müraciət edib

Bir qrup gənc kinematoqrafçı Şəfiqə Məmmədovaya müraciət edib
# 20 iyul 2012 12:57 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın bir qrup gənc kinematoqrafı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədovaya dəstək məqsədilə yeni müraciət qəbul ediblər. İttifaqdan APA-ya verilən məlumata görə, müraciətə rejissorlar Xəyyam Аbdullayev, Elməddin Alıyev, Səbinə Bağırzadə, Atəş Buludov, Fariz Əhmədov, Rəsul Ələkbərov, Murad Muyradov, Bəhruz Qədirov, prodüser Əziz Əliyev, Rəşad Qasımov, Yalçın Verdiyev, aktyorlar Rövşən Ağayev, Günəş Mehdizadə, səs rejissoru Rasim Mehdizadə, operator Vüqar Şixəliyev imza atıb. Müraciətdə deyilir:

“Biz, gənc kinematoqrafçılar, yaxşı başa düşürük ki, ölkəmizdə kino sənətinin öz ənənələrini bərpa etməsi, dünyada cərəyan edən kinematoqrafik proseslərin axarında inkişaf etməsi üçün dövlət tərəfindən ciddi tədbirlər görülür. Prezidentin sərəncamlarının mahiyyəti də elə bundan ibarətdir. Biz əminik ki, yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı kino ictimaiyyətini bu istiqamətdə səfərbər edə biləcək. Sizə dəstək olmağa və bacarığımızı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında bu işə sərf etməyə hazır olduğumuzu bildiririk”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR