Azərbaycan prezidenti Maldiv prezidentini təbrik edib

Azərbaycan prezidenti Maldiv prezidentini təbrik edib
# 25 iyul 2012 16:50 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Maldiv Respublikasının prezidenti Məhəmməd Vahidə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda bildirilir:

“Hörmətli cənab Prezident, milli bayramınız – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Maldiv arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah arzulayıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR