Azərbaycan «Ordubad» qızıl yatağında hasil işlərinə hazırlaşır

Azərbaycan «Ordubad» qızıl yatağında hasil işlərinə hazırlaşır
# 23 aprel 2012 12:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Anglo-Asian Mining» şirkəti Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə «Ordubad» (Naxçıvan MR) kontrakt ərazisində qızıl üzrə kəşfiyyat bildirişini təqdim etdiyi açıqlayıb. «APA-Economics»in məlumatına görə, bu bildiriş həmin ərazidə qızıl hasilatının həyata keçirilməsi üzrə PSA kontraktının əsas tələblərindən biridir.

Bildiriş «Ordubad» ərazisində «Piyazbaşı» və «Ağyurt» yataqlarında 2010-2011-ci illərdə aparılmış tədqiqat işlərindən sonra təqdim olunur. Həmin tədqiqat işlərinə ilk növbədə nümunələrin götürülməsini daxil olub. Tədqiqatların nəticələri barədə ətraflı məlumat elan olunacaq və gələcək tədqiqat işləri çərçivəsində bu kiçik qızıl yatağının istehsal potensialının müəyyən edilməsi nəzərdə tutulur.

PSA kontraktının şərtlərinə görə, kəşfiyyata dair bildirişi təqdim edildikdən sonra şirkət 6 ay ərzində İnkişaf və İstehsal Proqramını Azərbaycan hökumətinə təqdim etməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR