İranda 16 nəfər edam edilib

İranda 16 nəfər edam edilib
# 18 may 2012 20:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Yəzd şəhərində dünən səhər saatlarında 16 nəfər edam edilib. APA-nın məlumatına görə, onlardan 4 nəfəri qadın, beşi isə Əfqanıstan vətəndaşı olub. Narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən 16 nəfər barəsində məhkəmə edam hökmü çıxarıb. Qərar Yəzd şəhərinin mərkəzi həbsxanasında icra edilib. Edama məhkum edilən əfqanlıların həbsxanada ailələri ilə görüşmələrinə icazə verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR