Monteneqro parlamentində Azərbaycanla əlaqələr üzrə dostluq qrupu yaradılıb

Monteneqro parlamentində Azərbaycanla əlaqələr üzrə dostluq qrupu yaradılıb
# 04 iyul 2012 17:03 (UTC +04:00)
Dostluq qrupunun rəhbəri Parlamentin sədr müavini Rifat Rastoder təyin edilmişdir. Azərbaycanın Monteneqrodakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, R. Rastoder eyni zamanda hakimiyyət koalisiyasında olan Sosial Demokrat Partiyasının sədr müavinidir. 14 deputatın daxil olduğu Dostluq Qrupu Parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrindən ibarətdir.

Rifat Rastoder qrupun təsis edilməsi ilə bağlı səfir Eldar Həsənova ünvanladığı məktubda Monteneqro Parlamentinin Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb və yeni yaradılmış dostluq qrupunun bu əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR