Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi dəyişməz qalıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi dəyişməz qalıb
# 19 iyun 2012 14:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2012-ci ilin yanvar-may ayları üzrə 1,39 bənd təşkil edib. “APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatına əsasən apardığı hesablamalara görə, bu da yanvar-aprelin göstəricisinə bərabərdir:




Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Həmin nisbət əhalinin gəlirlərinin xərclərini üstələmə səviyyəsini və əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir.

Cədvəldən göründüyü kimi, hər ilin əvvəlində əhalinin alıcılıq qabiliyyəti indeksi və əhalinin sərəncamında qalan vəsaitlərin həcmi azalır, sonradan isə bu göstəricilər sabitləşir. Ümumilikdə son illərin təhlili göstərir ki, Azərbaycan üçün əhalinin alıcılıq indeksinin normal göstəricisi 1,39-1,42-dir.

Qeyd edək ki, yanvar-may aylarında pərakəndə əmtəə dövriyyəsi 6 806,1 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 2 061,5 mln. manat, əhalinin məcmu gəliri isə 12 358,7 mln. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 3 491,1 mln. manat və ya 39,4% üstələyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR