Bakıda 15 yaşlı qız 8-ci mərtəbədən düşərək ölüb

Bakıda 15 yaşlı qız 8-ci mərtəbədən düşərək ölüb
# 19 iyul 2012 08:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda 15 yaşlı qız faciəli şəkildə ölüb. Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə baş verib. Rayon sakini, 15 yaşlı Gülüm Zahir qızı Abdullayeva eyvanda təmizlik işləri apararkən 8-ci mərtəbədən yıxılıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR