Azərbaycanın gənclər və idman naziri Londonda səfərdədir

Azərbaycanın gənclər və idman naziri Londonda səfərdədir
# 26 mart 2012 13:43 (UTC +04:00)
Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfərdə əsas məqsəd bu il Londonda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına məsul şəxslərlə görüşlər keçirib, müzakirələr aparmaqdır.

Səfər çərçivəsində nazir Böyük Britaniyanın idman və olimpiya naziri Huq Robertson, eyni zamanda Britaniya Olimpiya Assosiasiyasının baş katibi Kolin Moynihanla görüşüb.

Görüşdə qeyd olunub ki, gələn həftə «Bakı 2020» Təşkilat Heyəti Bakı və Lozanna arasında yaradılacaq xüsusi video-konfrans vasitəsi ilə Beynəlxalq Olimpiya Komitəsinin mütəxəssislərinə Oyunların planını təqdim edəcək. Daha sonra, aprel ayında Moskvada dünyanın bütün ölkələrindən gələn 1000-dən artıq Milli Olimipiya Komitələrinin nümayəndələri üçün təqdimat keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR