İranlı deputatlar Mahmud Əhmədinejadın ölkə parlamentində dindirilməsi üçün imza toplayır
30 oktyabr 2012 01:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad ölkə parlamentində dindirilə bilər. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran parlamentinin mühafizəkar deputatı Əli Mütəhhəri açıqlama verib. Onun sözlərinə görə, artıq 83 deputat M. Əhmədinejadın parlamentdə dindirilməsini məqbul sayan layihəni imzalayıb: “İmzatoplama kampaniyası oktyabrın 28-də başlayıb. Artıq heç bir deputat imzasını geri götürə bilməz. Layihə əvvəlcə parlamentin plenar iclasında müzakirə edilib nəticəsi prezidentə elan olunacaq. Daha sonra isə millət vəkillərinin suallarının cavablandırılmasına hazırlıq üçün M. Əhmədinejada bir ay vaxt veriləcək”.
Qeyd edək ki, İran parlamentinin daxili nizamnaməsinə əsasən, layihənin parlamentin müzakirəsinə verilməsi üçün onu ən azı 74 millət vəkilinin imzalaması lazımdır.
Qeyd edək ki, İran parlamentinin daxili nizamnaməsinə əsasən, layihənin parlamentin müzakirəsinə verilməsi üçün onu ən azı 74 millət vəkilinin imzalaması lazımdır.
Asiya
İstanbulun üç körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO - VİDEO
23:01
28 may 2024
İran və Rusiya Təhlükəsizlik Şuralarının katibləri telefonla danışıb
15:27
28 may 2024
Məhəmməd Qalibaf yenidən İran parlamentinin sədri seçilib
10:08
28 may 2024
İslamabadda yanğının söndürülməsinə azı 275 nəfər cəlb olunub
06:07
28 may 2024