Norveçi “Eurovision-2012”də İran əsilli müğənni təmsil edəcək – FOTO

Norveçi “Eurovision-2012”də İran əsilli müğənni təmsil edəcək – <font color=red>FOTO </font>
# 13 fevral 2012 15:35 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Norveç və İslandiyanın Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçiləri müəyyənləşib. APA-nın məlumatına görə, Norveçdə gərgin mübarizə şəraitində keçən finalda Tooji adlı müğənni qalib gəlib. Finalda Tooji 155 min 480 səs yığaraq 4 finalçı arasında birinci olub. Finaldan sonra Tooji ilk dəfədir böyük səhnəyə çıxdığını açıqlayıb: “Nəticələr bəlli olana qədər çox həyəcanlı idim. Çox sevinirəm ki, məhz mən təmsilçi adını qazandım. Mən “Eurovision”la ilk addımımı atıram”.
Qeyd edək ki, İran əsilli Tooji Keshtkar 1987-ci ildə anadan olub. Bir ara model kimi işləyən Tooji, ardınca “MTV Norway” ilə əməkdaşlıq edib.

İslandiyanı isə yarışmada “Greta Salome & Jonsi” dueti təmsil edəcək. Qrup 2004-cü ildə İstanbulda keçirilən “Eurovision”da “Heaven” (“Cənnət”) adlı mahnısı ilə 19-cu yeri qazanmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR