Kürdəmir sakinindən narkotik götürülüb

Kürdəmir sakinindən narkotik götürülüb
# 10 mart 2012 11:27 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov-APA. Kürdəmir sakininin üzərindən narkotik vasitə olan marixuana götürülüb. Kürdəmir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Kürdəmir şəhər sakini 1990-cı il təvəllüdlü Abdullayev Elsəvər Pərviz oğlu polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən çəkisi 2.3 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR