Böyük Britaniyanın baş naziri: “Azərbaycanın enerji resursları yaxın illərdə dünya iqtisadiyyatında mühüm rol oynayacaq”

Böyük Britaniyanın baş naziri: “Azərbaycanın enerji resursları yaxın illərdə dünya iqtisadiyyatında mühüm rol oynayacaq”
# 05 iyun 2012 13:10 (UTC +04:00)
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, baş nazirin təbrik məktubunu sərginin açılış mərasimində səfir Piter Beytman oxuyub.

Məktubda qeyd olunur ki, regionun mərkəzində yerləşən Azərbaycanın enerji resursları yaxın illərdə dünya iqtisadiyyatında mühüm rol oynayacaq: “Azərbaycan bu resurslardan hamının faydalanmasında mərkəzi və fəal rol oynayır. “Şahdəniz” yatağından hasil olunan qazın Avropaya nəqli üçün Trans-Anadolu qaz kəmərinin tikintisinə qərar verilməsi və dövlətlərarası saziş imzalanması “Cənub dəhlizi” layihəsini reallığa çevirə bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR