Azərbaycanda vərəm dispanserinin gözətçisi özünü öldürüb

Azərbaycanda vərəm dispanserinin gözətçisi özünü öldürüb
# 30 aprel 2012 07:53 (UTC +04:00)
Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.

Hadisə Zığ qəsəbəsində yerləşən 6 saylı Vərəm Dispanserində qeydə alınıb. Orada gözətçi işləyən 54 yaşlı İsmayıl Həsən oğlu Abbasov dispanserin damında özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR