Sarkozinin varidatının həcmi açıqlanıb

Sarkozinin varidatının həcmi açıqlanıb
# 27 mart 2012 15:06 (UTC +04:00)
Bakı - APA-Economics. Fransa prezidenti Nikola Sarkozinin varidatının həcmi açıqlanıb. “APA-Economics”in Fransanın rəsmi qəzetlərinə istinadən xəbərinə görə, prezidentin sərvətinin 3 mln. avro olduğu bildirilir.

Varidatın əsas hissəsini nəhəng banklardan biri ilə sığorta müqaviləsi təşkil edir. Maraqlıdır ki, Fransa prezidenti heç bir daşınmaz əmlaka və qiymətli kağızlara sahib deyil. Onun adına qeydiyyatda olan avtomobil də yoxdur. Halbuki 5 il əvvəl Sarkozinin adına “Ostin Mini” avtomobili qeydiyyatda olub.

Qeyd edək ki, gələn ay Fransada N.Sarkozinin də qatılacağı növbəti prezident seçkiləri keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR