Dow Jones indeksi 0,8%, S&P 500 0,7%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,8%, S&P 500 0,7%, Nasdaq 0,4% enib
# 10 may 2012 06:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 12 835 bəndədək, S&P 500 0,7% - 1 355 bəndədək, Nasdaq isə 0,4% - 2 935 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə əsasən xarici amillər təsir edib.

Avropa fond bazarlarında mayın 9-da FTSE 100 indeksi 1,8% - 5 555 bəndədək, Almaniya DAX-ı 1,9% - 6 445 bəndədək, Fransa CAC-40-ı 2,8% - 3 125 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,7% azalaraq 1 592,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2945 (-0,7%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR