«OMV» şirkəti «Şahdəniz» konsorsiumunun ixrac kəməri ilə bağlı 2013-cü ilin ortalarınadək seçim edəcəyinə ümid edir

«OMV» şirkəti «Şahdəniz» konsorsiumunun ixrac kəməri ilə bağlı 2013-cü ilin ortalarınadək seçim edəcəyinə ümid edir
# 22 fevral 2012 12:18 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan qazının Avropaya nəqli üçün təklif olunan layihələrdən birinin – «Nabucco»nun səhmdarı olan «OMV AG» şirkəti (Avstriya) «Şahdəniz» konsorsiumunun qazın nəqli marşrutunu 2013-cü ilin ortalarınadək seçəcəyinə ümid edir. APA-nın «Reuters»ə istinadən məlumatına görə, bu barədə Vyanada keçirilən mətbuat konfransında «OMV» şirkətinin baş direktoru Gerxard Rois bildirib.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli ilə bağlı 4 marşrut nəzərdən keçirilib. Bunlardan ikisi – ITGI və TAP – İtaliyaya, digər iki marşrut – «Nabucco» və Cənub-Şərqi Avropa kəməri (SEEP) - isə Mərkəzi Avropaya yönəlib.

«Şahdəniz» konsorsiumunun ixrac danışıqları qrupunun qərarı ilə İtaliyaya istiqamətlənən iki marşrutdan biri – ITGI ilə danışıqların dayandırılması qərara alınıb və bundan sonra bu istiqamətdə danışıqlar yalnız TAP layihəsi ilə aparılacaq.

Seçimin ikinci mərhələsində isə Mərkəzi Avropaya yönəlmiş iki layihədən – «Nabucco» və SEEP – biri seçiləcək. Hazırda bu iki layihə arasında qiymətləndirmə aparılır və konsorsiumun bununla bağlı qərarı bu ilin ortalarında gözlənilir.

Sonuncu mərhələdə isə TAP və Mərkəzi Avropaya yönəlmiş iki marşrutdan birinin arasından qazın nəqli üçün son marşrut seçiləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR