İranın “əl-Aləm” televiziyasının Qahirədəki bürosu mühasirəyə alınıb

İranın “əl-Aləm” televiziyasının Qahirədəki bürosu mühasirəyə alınıb
# 15 may 2012 11:07 (UTC +04:00)
Könül Cəfərli-APA. İranın ərəb dilində yayımlanan “əl-Aləm” televiziyasının Qahirədəki bürosu Misirin təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə Qahirə bürosunun rəhbəri Əhməd Əssiüyufi açıqlama verib. O bildirib ki, təhlükəsizlik qüvvələri büroya daxil olan hər kəsi həbs edəcəkləri ilə bağlı xəbərdarlıq ediblər: “Büronu mühasirədə saxlayan qüvvələr əmr ediblər ki, heç kim ofisə yaxınlaşmasın. Halbuki, Misirdə bir çox Avropa, ABŞ hətta İsrail telekanalları tam sərbəst fəaliyyət göstərir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR