İsa Qəmbər Müsavatın qurultayına yer ayrılması üçün Hacıbala Abutalıbova müraciət edib

İsa Qəmbər Müsavatın qurultayına yer ayrılması üçün Hacıbala Abutalıbova müraciət edib
# 07 mart 2012 16:41 (UTC +04:00)
APA-nın məlumatına görə, məktubda İ. Qəmbər BŞİH Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov tərəfindən imzalanan 02.03.2012-ci il tarixli 7-935/17 saylı cavab məktubunu əvvəlki məktubla müqayisədə irəliyə doğru atılmış addım kimi qiymətləndirib: “Bu məktubda əvvəlki cavabdan fərqli olaraq “zalların Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olmadığı” fikrinə rast gəlinmir və bizə qurultay keçirmək üçün 4 yer təklif olunur. Bakı şəhər İcra Hakimiyyətinin bu cavabı məsələnin müsbət həlli istiqamətində razılaşmanın ola biləcəyinə inam yaradır və bizim tərəfdən irəliyə doğru atılan addım hesab edilir”.

Lakin İ. Qəmbər BŞİH-in təklif etdiyi 4 yerdən yalnız birində - M. Məmmədyarov adına Mədəniyyət evi (ünvan – Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 31) istisna olmaqla digər yerlərdə kütləvi tədbirlər keçirməyin mümkün olduğunu bildirib. Digər 3 yerdə isə Müsavat Partiyasının VIII qurultayının keçirilməsinin mümkün olmadığı vurğulanıb. “Biz Opera və Balet Teatrının rəhbərliyi ilə də danışıqlar aparmışıq. Bizə bildiriblər ki, Bakı şəhəri İcra Hakimiyyətinin razılıq verəcəyi təqdirdə qurultayın bu teatrın binasında keçirilməsinə etiraz etmirlər”, - deyə müraciətdə bildirilib.

İ. Qəmbər qeyd olunanları nəzərə alaraq, H. Abutalıbovdan Müsavat Partiyasının növbəti VIII qurultayının keçirilməsi üçün partiyaya Bakı şəhərində uyğun yerlərdən birinin ayrılmasına yardımçı olmağı təkrarən xahiş edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR