Müxalifət İTV-nin binası qarşısında etiraz aksiyası keçirəcək
18 may 2012 11:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İctimai Palata (İP) İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) binası qarşısında etiraz aksiyası keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Bunu APA-ya palatanın mitinq üzrə təşkilat komitəsinin üzvü, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib. T. Yaqublu bildirib ki, aksiya mayın 24-də saat 13.00-da keçiriləcək. Onun sözlərinə görə, aksiyada İctimai Televiziya kanalında müxalifət partiyalarının nümayəndələrinə efir vaxtının verilməsi, o cümlədən İctimai Palatanın tədbirlərinin işıqlandırılması kimi tələblər irəli sürüləcək.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14:12
17 may 2024
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
10:32
17 may 2024
Yaxın günlərdə Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək
00:10
16 may 2024
Əfv Komissiyasının növbəti iclası keçirilib
17:32
15 may 2024